mobil versiya

Yaponiya sahillərində yaxta və yük gəmisi toqquşub





Yaponiyanın cənubundakı sularda yaxta və yük gəmisinin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Yerli sahil mühafizəsi rəsmilərinin bildirdiyinə görə, 492 tonluq çınqıl daşıyan gəminin kapitanı Yaponiyanın Oita bölgəsindəki Hoto adası yaxınlığında toqquşma barədə məlumat verib. Oitadan olan 70 yaşlı bir adam səhər saat 10:00 radələrində suda huşsuz vəziyyətdə tapılıb və daha sonra xəstəxanada öldüyü təsdiqlənib.

Çınqıl daşıyan gəminin kapitanı yaxtada bir neçə nəfərin olduğunu bildirib. Altı sahil mühafizə gəmisi və bir təyyarə itkin düşənlərin axtarışını davam etdirir.

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:41