Almaniya Rusiyanı İsrailin Berlindəki səfirliyinə hücum planlaşdırmaqda ittiham edib

Almaniya prokurorluğu İsrailin Berlindəki səfirliyinə hücum planlaşdırmaqda və İŞİD-ə qoşulmağa cəhddə şübhəli bilinən Rusiya vətəndaşını ittiham edib.
Prokurorlar hesab edirlər ki, Alman məxfilik qaydalarına uyğun olaraq yalnız Əhməd E. kimi tanınan təqsirləndirilən şəxs partlayıcı maddələrin hazırlanması ilə bağlı internetdən təlimatlar alıb, lakin lazım olan komponentləri ala bilmədiyi üçün plan iflasa uğrayıb.
“Fevralın əvvəlindən o, Almaniyada, məsələn, İsrailin Berlindəki səfirliyinə hücum etməyi planlaşdırırdı”, - deyə federal prokurorlar bildiriblər.
O, fevral ayında Berlin hava limanında həbs olunduqdan sonra həbsdədir. Prokurorlar onun İŞİD-lə hərbi təlim keçmək üçün Pakistana yollandığını və mobil telefon planlarına yazılmaqla əldə etdiyi bahalı smartfonları sataraq bu səfəri maliyyələşdirdiyindən şübhələnirlər.
O, həmçinin İŞİD üçün rus və çeçen dillərinə təbliğat aparmaqda ittiham olunur.
Prokurorlar onu avqustun 7-də dövlətə təhlükə yaradan ağır zorakılıq aktına hazırlamaqda və ona təhrik etməkdə və azyaşlı olduğu üçün xaricdə terror qruplaşmasına qoşulmağa cəhddə ittiham edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 20-08-2025, 14:43


























