Alman rusiyalı hücum planı hazırlamaqda ittiham olunur
Almaniya prokurorları Ukraynanın şərqində Moskvayönlü milislərlə döyüşən alman rusiyalını terror cinayətlərində və dövlət təhlükəsizliyinə təhdiddə ittiham ediblər.
Reportyor.az xarici emdiaya istinadla xəbər verir ki, adı yalnız Dieter S. olan şübhəli, ABŞ hərbi bazaları da daxil olmaqla, Ukraynaya dəstəyi sarsıtmaq üçün Almaniyaya hücumlar planlaşdırmaqda şübhəli bilinərək aprel ayında həbs edilən iki şəxsdən biri idi.
Federal prokurorluq Dieter S.-nin dövlətin təhlükəsizliyini təhdid edən ciddi zorakılıq aktı hazırlamaqda ittiham edildiyini bildirib, lakin iddia edilən sui-qəsdin mahiyyəti barədə əlavə məlumat verməyib.
O, həmçinin 2014-2016-cı illər arasında Ukraynanın şərqində özünü rusiyayönlü elan edən “Donetsk Xalq Respublikası”nın silahlı birləşməsində döyüşməkdə, o cümlədən Donetsk hava limanında və Marinka şəhərində baş verən qarşıdurmalarda ittiham olunub.
Prokurorlar onun mənsub olduğu milislərin dəfələrlə mülki əhaliyə qarşı zorakılıq tətbiq etdiyini deyirlər.
Aprel ayında həbs olunarkən səlahiyyətlilər Dieter S.-nin “Rusiya kəşfiyyat agentliyinə bağlı biri ilə əlaqə saxladığını” və 2023-cü ilin oktyabrından Almaniyada mümkün təxribat əməliyyatları ilə bağlı onlarla məlumat mübadiləsi apardığını söylədi.
Cümə axşamı prokurorlar bildiriblər ki, onun kəşfiyyat fəaliyyətində iştirakı ilə bağlı mümkün ittihamlar üzrə ayrıca istintaq tezliklə yekunlaşmalıdır.
Kiyevin əsas müttəfiqi olan Almaniya təxribat və hərbi obyektlərə hücumlar üçün yüksək hazırlıq vəziyyətindədir.
Avqust ayında Almaniyanın qərbindəki bir neçə hərbi bazada, o cümlədən NATO alyansı tərəfindən istifadə edilən bir neçə hərbi bazada qısamüddətli təhlükəsizlik qorxusu yaşandı.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:13