“Qarabağ” – “Ferentsvaroş” matçı bu hakimə tapşırılıb
Bakıda “Qarabağ” və “Ferentsvaroş” arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.
Oyunu tanınmış FİFA referisi Kleman Turpin idarə edəcək.
“Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdəki ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 3:1.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:36