mobil versiya

Pakistan: 3,2 milyon insan daşqınlardan təsirlənən ərazilərdən təxliyə edilib




Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) bazar ertəsi günü elan edib ki, ölkəni bürümüş dağıdıcı daşqınlardan zərər çəkmiş ərazilərdən təxminən 3,2 milyon insan təxliyə edilib.

Associated Press of Pakistan (APP) NDMA-ya istinadən bu insanların Pəncab, Sind, Gilgit-Baltistan, Azad Cammu və Kəşmir əyalətlərindəki ərazilərdən təxliyə edildiyini bildirib və təxliyə edilənlərin daha təhlükəsiz ərazilərə aparıldığını qeyd edib.
Pakistanın Pəncab əyalətindən ümumilikdə 2,7 milyon insanın təxliyə edildiyi bildirilən açıqlamada, daşqınlardan ən çox zərər çəkmiş əyalətin Pəncab olduğuna diqqət çəkilib.
NDMA təsdiq edib ki, 26 iyundan bəri güclü musson yağışları, daşqınlar və leysan yağışları 1006 nəfərin ölümünə, 1063 nəfərin yaralanmasına, 12569 evin dağılmasına və 6509 heyvanın tələf olmasına səbəb olub.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:55