Futbol üzrə U-20 dünya çempionatında 1/8 finalçılar bəlli olub

Çilinin ev sahibliyi etdiyi futbol üzrə U-20 dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
Bununla da 1/8 final mərhələsinə vəsiqə qazanan bütün ölkələr müəyyənləşib.
Beləliklə, bu raundda aşağıdakı yığmalar üz-üzə gələcəklər:
Çili – Meksika
Argentina - Nigeriya
Ukrayna - İspaniya
Kolumbiya - Cənubi Afrika Respublikası
ABŞ - İtaliya
Mərakeş - Cənubi Koreya
Paraqvay - Norveç
Yaponiya - Fransa
Qeyd edək ki, mundiala oktyabrın 19-da yekun vurulacaq. U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 6-10-2025, 15:08