Azərbaycan UNESCO komitəsinə üzv seçilib

Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası zamanı Azərbaycan 2025-2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Facebook" hesabında paylaşım edilib.
"Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir", - deyə paylaşımda qeyd olunub.
Bu barədə qərar Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında qəbul edilib.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-11-2025, 15:04



























