mobil versiya

ABŞ və Türkiyə Qəzza və Ukrayna məsələlərini müzakirə edib




ABŞ Dövlət Katibi Marko Rubio Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə görüşüb.

ABŞ Dövlət Departamentinin sözçüsünün baş müavini Tommi Piqot açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları və Türkiyə nümayəndə heyəti İsrail girovlarının qaytarılması və Qəzzada davamlı atəşkəsə nail olmaq səylərinə davamlı dəstəyini təkrarladılar.

O əlavə edib ki, ABŞ həmçinin Prezident Trampın bütün NATO müttəfiqlərinin Ukraynada davam edən müharibəyə son qoymaq üçün Rusiya enerjisini almağı dayandırması çağırışını da vurğulayıb.

Reportyor.az 
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:11