mobil versiya

Şeyxa Moza bint Nasir Suriyanın birinci xanımı ilə görüşüb





Qətər Fondu və Hər Şeydən Yuxarıda Təhsil (EAA) Fondunun sədri Şeyxa Moza bint Nasir 2025-ci il Təhsil üzrə Dünya İnnovasiya Sammiti (WISE) çərçivəsində Suriya Ərəb Respublikasının Birinci Xanımı Lətifə Əl Drubi ilə görüşüb.

Bu barədə SANA xəbər verir.

Görüş zamanı EAA Fondu ilə Suriya arasında uşaqlara keyfiyyətli təhsilin verilməsi və məktəbdənkənar uşaqların sayının azaldılması sahəsində əməkdaşlıq müzakirə edilib. Tərəflər həmçinin təhsili dəstəkləmək və gəncləri gücləndirmək üçün innovasiya proqramları üzrə əməkdaşlıq məsələlərini də müzakirə olunub.

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:37