“İlin məşqçisi” adına 6 namizəd
2025-ci ilin sonunda keçiriləcək “Globe Soccer Awards” mərasimində “İlin məşqçisi” nominasiyası üzrə yekun namizədlər açıqlanıb.
Xarici KİV xəbər verir ki, bu il mükafat uğrunda altı məşqçi yarışacaq:
Xabi Alonso (“Real”)
Mikel Arteta (“Arsenal”)
Luis Enrike (PSJ)
Hans-Diter Flik (“Barselona”)
Enzo Mareska (“Çelsi”)
Arne Slot (“Liverpul”)
“Globe Soccer Awards” hər il keçirilən prestijli mərasimdir və futbol dünyasında ən böyük uğurlara imza atmış şəxsləri mükafatlandırır.
Ötən il bu mükafatı “Real”ı çalışdıran Karlo Ançelotti qazanmışdı. O, hazırda Braziliya millisinin baş məşqçisidir.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 3-12-2025, 16:39




























