mobil versiya

34 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib



Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 34 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: 18-12-2025, 11:01