mobil versiya

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir



Azərbaycan ilə Oman Sultanlığı arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad edilir.

“Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin dekabrın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Saziş 2025-ci il oktyabrın 29-da Məsqət şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Reportyor.az 
KARUSEL / SİYASƏT
Tarix: 23-12-2025, 13:55