Balotelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

Xarici KİV xəbər verir ki, italiyalı hücumçu ilə “Əl-İttifaq” maraqlanır.
Klub 35 yaşlı forvarda müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırdır.
Balotelli bu ilin yayından etibarən azad agent statusundadır. Onun son klubu “Cenoa” olub və o, həmin komandanın formasını ötən ilin oktyabrından etibarən geyinib.
“Əl-İttifaq” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 9 turdan sonra topladığı 12 xalla 9-cu pillədə qərarlaşıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 24-12-2025, 14:33



























