mobil versiya

Almaniya 50 sığınacaq axtaran uşağı qəbul edəcək



Almaniya Yunanıstan adalarındakı kamplarda olan 50 qaçqın uşağı ölkəyə gətirəcək. 

Xeber.de-nin məlumatına görə, Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Steve Alter mətbuat konfransında daxili işlər naziri Horst Seehoferin təklifi ilə Yunanıstandan 50 qaçqın uşağı gətirəcəklərini söyləyib. Daha əvvəl koalisiya partiyalarının 14 yaşdan kiçik 50 uşağın ölkəyə qəbul edilməsinə razılıq verdiklərini bildirən Alter gələn həftə uşaqların Almaniyaya gətiriləcəyini söyləyib. Alter 14 gün ərzində Aşağı Saksoniyada uşaqların karantində olacağı və daha sonra ştatlara paylanılacağını bildirib. Bu qərarın bir neçə aydır müzakirə olunduğunu vurğulayan Alter Avropa Birliyinin (AB) bəzi ölkələrinin Yunanıstandan 1000 ilə 1500 arasında uşaq qəbul etməyi öhdələrinə götürdüklərini və Almaniyanın bu çərçivədə 300 ilə 500 sığınacaq axtaran uşaq gətirəcəyini söyləyib. Alter "Almaniyanın niyə daha çox uşaq qəbul etməməsi" sualına lazımlı sənədlərin 50 uşaq üçün mövcud olduğunu deyərək cavab verib. 

"Biz və Lüksemburq indi uşaq götürməyə hazırıq" - deyən xarici işlər naziri Heiko Maas özəl bir televiziya kanalında bir çox AB ölkələrinin söz verdikləri halda, müdafiəyə ehtiyacı olan uşaqları qəbul etməmələrini diqqətə çatdırıb. Maas yaxın vaxtlarda digər ölkələrin də onlara qoşulacağına ümid etdiyini söyləyib. Məlumat üçüb bildirək ki, Lüksemburq da Yunanıstandakı düşərgələrdən 12 sığınacaq axtaran uşağı qəbul edəcəyini bildirib. 

KARUSEL / DÜNYA
Tarix: 9-04-2020, 18:37