mobil versiya

“Barselona” superkubokun qalibi olub




“Barselona” tarixində 16-cı dəfə futbol üzrə İspaniya superkubokunun qalibi olub.

Turnirin finalında kataloniyalılar “Real”ı 3:2 hesabı ilə üstələyiblər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş “el klasiko”da hesabı 36-cı dəqiqədə “Barsa”nın oyunçusu Rafinya açıb. Birinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Vinisius “Real”ın bərabərlik qolunu vurub. Lakin bundan iki dəqiqə sonra Levandovski yenidən kataloniyalıları hesabda öndə çıxarıb. Buna baxmayaraq, Qonsalo Qarsiya əlavə olunmuş 6-cı dəqiqədə komandasının bərabərlik qolunu vurub. “Barsa”nın qələbə qolunu 73-cü dəqiqədə Rafinya vurub.
“Barselona” yarımfinalda “Atletik” (Bilbao) klubunu (5:0), “Real” isə “Atketiko”nu (2:1) mübarizədən kənarlaşdırıb. (Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 12-01-2026, 11:18