mobil versiya

Səudiyyə Ərəbistanında ümumi xarici investisiya ehtiyatı 977 milyard SR-ı keçib




Səudiyyə Ərəbistanı Vizyonu 2030-un tətbiqindən bəri birbaşa xarici investisiya axını ikiqat artaraq 2024-cü ildə 119,2 milyard SR-a (Səudiyyə Riyalı) çatıb.

Bunu Ər-Riyadda keçirilən Səudiyyə-Yaponiya Nazirlər Forumunda çıxış edən İnvestisiya naziri Xalid Əl-Falih bildirib. O, Krallıqdakı ümumi xarici investisiya qoyuluşunun 977,3 milyard SR olub. 

Əl-Falih vurğulayıb ki, 2026-cı ilə qədər daşınmaz əmlak və maliyyə bazarlarının xarici investorlara açılması Krallığın qlobal maliyyə mərkəzi kimi mövqeyini gücləndirəcək. “Forumda iki ölkə arasında tərəfdaşlığın gücünü əks etdirən əsas göstəricilər nümayiş etdirilib və 2016-cı ildən bəri Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında ticarətdə 38 faiz artım qeyd olunub”, - deyə o bildirib.

Əl-Falih qeyd edib ki, Krallıq və Yaponiya arasında ticarət həcmi 138 milyard SR-a çatıb və bu, Yaponiyanı Krallığın üçüncü ən böyük ticarət tərəfdaşı edir. O, əlavə edib ki, 18 yapon şirkəti Ər-Riyadda regional qərargahlarını qurub.

Nazir Yaponiya şirkətlərinə 120-dən çox investisiya lisenziyası verildiyini bildirdi. O, həmçinin Krallığın Yaponiyanın ən böyük enerji təchizatçısı olaraq qaldığını və təmiz enerji keçid layihələri üzərində birgə çalışdıqlarını qeyd etdi.

İki ölkə arasında mədəni əlaqələrə gəldikdə, Əl-Falih Krallığın Osaka Expo 2025-dəki pavilyonunun 3 milyondan çox ziyarətçi cəlb etdiyini açıqlayıb.

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-01-2026, 14:12