mobil versiya

“Neftçi” bu gün Misir klubu ilə qarşılaşacaq



"Neftçi” bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində toplanışı çərçivəsində ikinci yoxlama görüşünə çıxacaq.

Paytaxt təmsilçisi Misir klubu “Piramids”lə üz-üzə gələcək.
Məhəmməd bin Zayed stadionunda keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

“Neftçi” BƏƏ toplanışı çərçivəsində ilk matçında Qazaxıstanın “Kayrat” komandasına 3:0 hesabı ilə qalib gəlmişdi.
Yuri Vernidubun rəhbərlik etdiyi komanda hazırlıq çərçivəsində son matçını yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək. 



Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 13-01-2026, 15:18