mobil versiya

Bu gün Dünya Yunan Dili Günüdür




Bu gün - 9 Fevral Dünya Yunan Dili Günüdür.

Yunanıstan Respublikasının Xarici İşlər nazirinin müavini Yiannis Loverdos Dünya Yunan Dili Günü ilə bağlı mesaj paylaşıb:


"Bu gün böyük duyğular içindəyəm, çünki bu gün biz sadəcə Dünya Yunan Dili Gününü qeyd etmirik. Bugünkü qeyd etmə mərasimi UNESCO tərəfindən 9 Fevral tarixinin rəsmi şəkildə Dünya Yunan Dili Günü kimi təsis edilməsindən sonra keçirilən ilk bayramdır.

Hamımız qürur hissi keçiririk, çünki artıq 9 Fevral Dünya Yunan Dili Günü kimi ümumbəşəri mədəniyyət təqvimində rəsmi olaraq yer alıb. Və biz hamımız daha da böyük qürur duymalıyıq, çünki yunan dili yoluna davam edir, ilham verir və dünyanın hər yerində yaşayan yunan nəsillərini birləşdirir."


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:42