mobil versiya

Modriç 45 yaşına qədər oynaya bilər




“Milan”ın hücumçusu Kristofer Nkunku 40 yaşlı komanda yoldaşı Luka Modriç haqqında fikirlərini bölüşüb.

O, xorvatiyalı futbolçunun unikal oyunçu olduğunu deyib:

“Modriç unikal və inanılmaz oyunçudur. Ayağının çöl tərəfi ilə inanılmaz ötürmələr verir. Çox çalışsam belə, bunu edə bilmərəm. Düşünürəm ki, o, 45 yaşına qədər oynaya bilər”.

Modriç 2025-ci ilin yayında “Real”dan “Milan”a keçib və klubla 1 illik müqavilə imzalayıb. O, A Seriyasının bu mövsümündə 22 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.(Komanda.az)

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: Dünən, 16:12