mobil versiya

Avropa Liqası: Bu gün 1/8 finala çıxacaq komandalar məlum olacaq




Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları baş tutacaq.

Keçiriləcək matçlardan sonra 1/8 finala adlayacaq komandalar müəyyənləşəcək.

“Fənərbaxça” İngiltərədə “Nottingem Forest”in qonağı olacaq. “Ştutqart” isə öz meydanında Şotlandiya təmsilçisi “Seltik”lə üz-üzə gələcək.
Daha əvvəl “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Midtyulland” (Danimarka), “Betis” (İspaniya), “Frayburq” (Almaniya), “Lion” (Fransa), “Roma” (İtaliya) və “Aston Villa” (İngiltərə) 1/8 finala vəsiqə qazanıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 fevral
21:45. “Ferentsvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan)
İlk oyun – 1:2
21:45. “Viktoriya” (Çexiya) – “Panatinaikos” (Yunanıstan)
İlk oyun – 2:2
21:45. “Ştutqart” (Almaniya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 4:1
21:45. “Srvena Zvezda” (Serbiya) – “Lill” (Fransa)
İlk oyun – 1:0
00:00. “Genk” (Belçika) – “Dinamo” (Xorvatiya)
İlk oyun – 3:1
00:00. “Selta” (İspaniya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:1
00:00. “Nottingem Forest” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 3:0
00:00. “Bolonya” (İtaliya) – “Brann” (Norveç)
İlk oyun – 1:0 (Komanda.az)



Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 26-02-2026, 11:45