FİFA prezidentindən yeni təklif
O, bu yaxınlarda UEFA Çempionlar Liqası matçında “Benfika”nın oyunçusu Canluka Prestianninin “Real”ın vingeri Vinisius Juniorla ağzını köynəyi ilə bağlayaraq danışması və braziliyalı futbolçunun bundan sonra hakimə irqçi təhqirlərdən şikayətlənməsi haqda danışıb:
“Oyunçu ağzını bağlayıb nəsə deyirsə və sonra irqçi təhqirdə ittiham olunursa, deməli, o, qırmızı vərəqə almalıdır. Söhbət iddia edilən təhqirdən deyil, sadə məntiqdən gedir. Təhqiramiz bir şey demirsizsə, niyə ağzınızı bağlayırsız?”
“Real” “Benfika”nı ümumi 3:1 hesabı ilə məğlub edib.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 2-03-2026, 16:46




























