Sançez Trampa: “Milyonlarla insanın taleyi ilə Rusiya ruletkası oynaya bilməzsiniz”

İspaniya Yaxın Şərqdə davam edən müharibənin fəlakətinə qarşıdır.
Bu barədə Baş nazir Pedro Sançez çərşənbə günü Prezident Donald Trampın münaqişə ilə bağlı mövqeyinə görə Madridlə ticarəti kəsməklə bağlı təhdidlərindən sonra bildirib.
“Bəşəriyyətin böyük fəlakətləri belə başlayır... Milyonlarla insanın taleyi ilə Rusiya ruletkası oynaya bilməzsiniz”, - deyə Sançez televiziya ilə xalqa müraciətində bildirib.
Sançezin ABŞ və İsrailin İrana qarşı bombardmanlarını ehtiyatsız və qanunsuz adlandırmasından və daha sonra ABŞ təyyarələrinin Tehrana hücum üçün İspaniyanın cənubundakı dəniz və hava bazalarından istifadəsini qadağan etməsindən sonra iki NATO müttəfiqi arasında gərginlik artıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 4-03-2026, 13:40



























