mobil versiya

Səudiyyə Ərəbistanı XİN İranın Azərbaycana və Türkiyəyə dron hücumlarını pisləyib




Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Azərbaycana dron hücumlarını, eləcə də Türkiyəyə dron hücumu cəhdini pisləyib.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyi sosial media platformasında bəyan edib.

Bəyanatda deyilir:

Krallıq hər iki ölkəyə qarşı bu qorxaq cəhdlərin və İranın region ölkələrinə qarşı təkrarlanan açıq-aşkar təcavüzünün heç bir halda haqlı çıxarılması mümkün olmayan düşmənçilik yanaşmasını ortaya qoyduğunu vurğulayır. Bu yanaşma beynəlxalq qanun və normaları, mehriban qonşuluq prinsiplərini açıq şəkildə pozur və regionu daha da gərginləşməyə doğru aparacaq.





Krallıq Türkiyə və Azərbaycan hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir və onların öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüquqlarını təsdiqləyir. Krallıq həmçinin gərginləşmənin qarşısını almaq və regionun təhlükəsizliyini və sabitliyini qorumaq səylərini təqdir edir.



Reportyor.az 


KARUSEL / GÜNDƏM
Tarix: 5-03-2026, 14:49