mobil versiya

“Atletiko”nun futbolçuları final sevincini 10 min avroluq şərabla qeyd edib



“Atletiko”nun futbolçuları Antuan Qrizmann və Markos Lorente komandalarının İspaniya kubokunun finalına yüksəlməsini xüsusi şəkildə qeyd ediblər.

Marca” xəbər verir ki, ispaniyalı və fransalı futbolçular sevgililəri ilə birlikdə ölkənin ən məşhur restoranlarından biri olan “Asador Eteksebarri”də dəbdəbəli şam yeməyi təşkil ediblər.

Onlar menyudan bir neçə dəniz məhsulu sifariş ediblər. Süfrədə dəniz kirpiləri, ilanbalığı, ançous kimi təamlar yer alıb. Futbolçular həmçinin, bu restoranın məşhur yeməklərindən sayılan ribay steykini də dadıblar.
Şam yeməyi zamanı xüsusi və olduqca bahalı şərab da sifariş ediblər. Söhbət 2001-ci il istehsalı olan “Vosne‑Romanee Premier Kru Kros Parantouks 2001” şərabından gedir. Bu içkinin bir şüşəsinin qiyməti təxminən 10 min avroya qədərdir.
Bu şərabdan dünyada cəmi 3500 şüşə istehsal olunub. Bu da onu son dərəcə nadir və kolleksiya dəyəri olan içkilərdən birinə çevirir.(Komanda.az)


Reportyor.az 






KARUSEL / İDMAN
Tarix: 10-03-2026, 11:21