İspaniya mətbuatı “Atletiko”ya “Qarabağ”ı xatırlatdı
İspaniyanın məşhur “Marca” nəşri ötən gecə “Atletiko”nun (Madrid) Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Brügge” (Belçika) ilə 0:0 hesablı heç-heçəsi ilə bağlı yazı dərc edib.
Yazıda müəllif “Atletiko”nun iki oyunun heç birində qol vura bilmədiyini xüsusi qeyd edib.
Məqalədə “Brügge” ilə dünənki matç “Atletko”nun Çempionlar Liqasının 2017-2018-ci il mövsümündə qrup mərhələsində “Qarabağ”la görüşləri (0:0, 1:1) ilə də müqayisə olunub.
Müəllif qeyd edib ki, “Atletiko”nun son göstəriciləri Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la oyunlarda əldə edilən xoşagəlməz xatirələri yada salır.
Yazıda “Brügge”nin qapıçısı Simon Minyolenin uğurlu oyunu da vurğulanıb.
Müəllif hesab edir ki, Minyole göstərdiyi möhtəşəm oyunla “Atletiko” azarkeşlərinə hətta “Qarabağ” kabusunu belə unutdura bilib.
İDMAN
Tarix: 13-10-2022, 15:30