mobil versiya

İraq sahillərində tankerlərə hücumdan sonra 50-dən çox heyət üzvü xilas edilib





İraqın ərazi sularında iki neft tankerinə hücumdan sonra 50-dən çox heyət üzvü xilas edilib.

Bu barədə Liman rəhbərliyindən Fərhan əl-Fərtusi AFP-yə bildirib.

İraqın Limanlar üzrə Baş Şirkətindən Fərtusi iki tankerin bütün heyət üzvlərinin xilas edildiyini söyləyərək 51 işçinin vəziyyətinin yaxşı olduğunu əlavə edib.

Hücum nəticəsində Hindistan vətəndaşı olan ən azı bir heyət üzvü həlak olub. İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) cümə axşamı bildirib ki, onlar körfəzin şimalında ABŞ-a məxsus olduğunu iddia etdikləri Marşal Adaları bayrağı altında üzən gəmiyə zərbə endiriblər.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 12-03-2026, 16:19