mobil versiya

Azərbaycanlı cüdoçu “Böyük Dəbilqə”də finala yüksəlib




Azərbaycanlı cüdoçu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.

O, yarımfinalda gürcüstanı təmsil edən Tornike Qiqaurini üstələyib. Bayramov rəqibinə ipponla qalib gəlib.
Digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 20-03-2026, 16:49