mobil versiya

Azərbaycan – Sent Lüsiya oyununun hakim təyinatları açıqlanıb



Azərbaycan millisinin “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.


AFFA-nın rəsmi saytı xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.
Martın 27-də baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:36