mobil versiya

Azərbaycan millisinin Haiti və Belarusla oyunlarının hakimləri açıqlanıb





Azərbaycan millisinin martın 22-də Haiti və 25-də Belarus yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.

Reportyor.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.

Hər iki oyun saat 21:45-də başlayacaq.
22 mart
21:45. Azərbaycan – Haiti
Hakimlər: Kadir Sağlam, Dəniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə), Fərid Hacıyev (Azərbaycan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
25 mart
21:45. Azərbaycan – Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)
“Bank Respublika Arena”.

KARUSEL / İDMAN
Tarix: 12-03-2025, 15:17