Suriya və Əfqanıstan milli komandaları arasında keçiriləcək oyunu Tacikistandan olan hakimlər briqadasıidarə edəcək
Tacikistandan olan hakimlər briqadası 2027-ci il Asiya Kuboku seçmə turnirinin E qrupunda Suriya və Əfqanıstan arasında keçiriləcək final tur matçını idarə etmək üçün təyin edilib.
Tacikistan Futbol Federasiyasından yerli mediaya bildiriblər ki, FİFA referisi Nəsrullo Kabirov əsas hakim təyin edilib.
Ona xəttdə FİFA köməkçi hakimləri Həsən Kərimov və Xusravi Siddiqzod kömək edəcək. FİFA referisi Sayejon Zayniddinov dördüncü hakim olacaq. Hakimlər briqadasının işinə Honkonqdan olan Lam Çi Ho, Malayziyadan olan Toh Senq Ni isə oyun komissarı təyin edilib.
Suriya və Əfqanıstan arasında 2027-ci il Asiya Kuboku seçmə oyunu 31 mart çərşənbə axşamı günü Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 30-03-2026, 13:34



























