mobil versiya

Böyük Britaniya İranla müharibəyə cəlb olunmayacaq



Böyük Britaniyanın Baş naziri Kir Starmer istənilən təzyiqlərə baxmayaraq ölkənin İranla müharibəyə cəlb olunmayacağını və Hörmüz boğazının blokadasında iştirak etməyəcəyini bildirib

O, bunu “BBC Radio 5”ə açıqlamasında deyib.

K.Starmer deyib ki, Britaniya blokadanı dəstəkləmir və əsas məqsəd boğazın yenidən tam şəkildə açılmasını təmin etməkdir: "Düşünürəm ki, boğazın açılması həyati əhəmiyyət daşıyır. Son həftələr bütün səylərimizi buna yönəltmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Onun sözlərinə görə, Böyük Britaniyanın bölgədə minatəmizləyən gəmiləri mövcuddur. O, əməliyyat detalları barədə danışa bilməyəcəyini bildirsə də, hərbi imkanların əsas məqsədinin boğazın tam açılmasına yönəldiyini deyib. Onun sözlərinə görə, Britaniya müharibəyə qoşulmaq üçün təzyiqlərlə üzləşir, lakin yalnız aydın hüquqi əsas olduğu halda belə bir addım atıla bilər.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: 13-04-2026, 18:35