Tramp: Əgər razılaşma İslamabadda imzalanarsa, mən də gedə bilərəm... onlar məni istəyirlər

ABŞ prezidenti Donald Tramp İran müharibəsinə son qoymaq üçün tezliklə razılaşma əldə edilə biləcəyinə əminliyini bildirib.
Bu barədə Reuters məlumat verib.
Tramp bildirib ki, ABŞ və İran arasında növbəti görüş həftəsonu baş tuta bilər və iki həftəlik atəşkəsin uzadılması mümkündür, lakin Tehran razılaşma istədiyi üçün buna ehtiyac olmaya bilər.
O, Ağ Evin qarşısında jurnalistlərə bildirib ki, "Nə baş verəcəyini görəcəyik. Amma düşünürəm ki, İranla razılaşma əldə etməyə çox yaxınıq". O, əlavə edib ki, əgər razılaşma əldə edilib Pakistanın paytaxtı İslamabadda imzalanarsa, bu münasibətlə ora gedə bilər.
O, jurnalistlərə deyib: "Mən Pakistana gedərdim, bəli. Pakistan əla olub...". "Əgər razılaşma İslamabadda imzalanarsa, mən də gedə bilərəm... onlar məni istəyirlər."
Bir neçə saat sonra Las-Veqasda olarkən Tramp daha da irəli gedərək müharibənin "tezliklə bitməli olduğunu" söyləyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:16


























