Əfqanıstanın keçmiş snuker federasiyasının rəhbəri oğurlandıqdan sonra Kabildə öldürülüb

Rəsmi mənbələr bildirir ki, Əfqanıstan Milli Snuker Federasiyasının keçmiş rəhbəri Vahidullah Əsğəri evinin yaxınlığında oğurlandıqdan sonra Kabil şəhərində öldürülüb.
Milli Snuker Federasiyasının baş katibi Şakib Saxi Əfqanıstan mediasına Vahidullah Əsğərinin bu həftənin çərşənbə axşamı günü Kabil şəhərinin Qala-i-Fətullahdakı evinin yaxınlığında naməlum şəxslər tərəfindən oğurlandığını təsdiqləyib.
Onun sözlərinə görə, Əsğəri cəsədi cümə axşamı məhkəmə tibb şöbəsi tərəfindən ailəsinə təhvil verilib.
Bu arada, Olimpiya, Bədən Tərbiyəsi və İdman Baş İdarəsinin sözçüsü Allah Məhəmməd Məşvani də Əsğəri naməlum şəxslər tərəfindən öldürüldüyünü və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
İndiyə qədər qətlin səbəbi aydınlaşdırılmayıb.
Bəzi media xəbərlərində Əsğərinin ölümündən sonra Ariana Snuker Çempionatı Kuboku uğrunda seçmə oyunların dayandırıldığı bildirilir.
Vəhidullah Əsğəri bir neçə il Əfqanıstan Milli Snukerinin rəhbəri vəzifəsində çalışıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:48


























