“CBC Sport” rəsmisi: “Bütün futbol ictimaiyyətindən, azarkeşlərdən üzr istəyirik”

Stadiondakı həyəcanı ekran qarşısında yaşamaq istəyən futbolsevərlər oyunu izləyə bilmədilər.
Oyunun yayım hüququna sahib olan, ölkənin aparıcı idman kanalı “CBC Sport” matçı efirə verə bilmədi. Bunun səbəbi ilə bağlı kanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Abbasovun açıqlaması belə oldu:
“Texniki problemimiz olub, səhv bizimdir və araşdırma gedir. Məsulliyətimizi və səhvimizi dərk edirik, üzrxahlığımızı bildiririk. Çalışacağıq ki, bir də belə olmasın. Özümüz də çox məyusuq ki, belə alındı. Bütün futbol ictimaiyyətindən, azarkeşlərdən üzr istəyirik”.
Parisdə keçirilən ilk matçda 5:4 hesabı ilə qalib gələn PSJ cavab oyunundakı heç-heçə (1:1) sayəsində finala vəsiqə qazanıb. Fransızların finaldakı rəqibi “Atletiko”nu mübarizədən kənarlaşdıran (1:1, 1:0) “Arsenal”dır. Həlledici qarşılaşma mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:17


























