mobil versiya

İdmançımız Avropa ikincisi olub




Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Dördüncü yarış günündə bir güləşçimiz fəxri kürsüyə qalxıb.
Xədicə Qurbanzadə (49 kq) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub. Ötən il MDB Oyunlarında bürünc medal qazanan Xədicə ilk AÇ medalını qazanıb.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 09:46