mobil versiya

Livan prezidenti İsrail ilə müharibəni dayandırmaq üçün qeyri-mümkün olanı edəcəyini deyir





Livan prezidenti Cozef Aun İsraillə müharibəni dayandırmaq üçün "qeyri-mümkün" olanı edəcəyini bildirib. Aun açıqlamasında bildirib ki, "Livanın danışıqlar üçün müəyyən etdiyi çərçivə İsrailin geri çəkilməsi, atəşkəs, ordunun sərhəd boyunca yerləşdirilməsi, köçkünlərin geri qaytarılması və iqtisadi yardımdan ibarətdir".

O, "Mənim vəzifəm, mövqeyimə və məsuliyyətimə əsasən, qeyri-mümkün olanı etmək və Livan və onun xalqına qarşı müharibəni dayandırmaq üçün ən az xərc tələb edəni seçməkdir", - deyə bildirib.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:36