Koreya haqqında viktorina - 2026 Quiz on Korea - Azərbaycan Seçim Mərhələsini uğurla keçirilib

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi bu gün Bakı Dövlət Universitetində 2026-cı il Koreya haqqında viktorinanın (2026 Quiz on Korea) Azərbaycan Seçim Mərhələsini uğurla keçirib.
“Quiz on Korea” Koreya Respublikası Xarici İşlər Nazirliyi və KBS Koreya Yayım Korporasiyasının birgə təşkil etdiyi qlobal Koreya bilik yarışmasıdır. Bu tədbir dünyanın müxtəlif ölkələrindən olan Koreya sevərlərin Koreya haqqında bilik və maraqlarını nümayiş etdirdiyi ən nüfuzlu mədəniyyət mübadiləsi tədbirlərindən biridir. Tədbirdə Koreya və Koreya mədəniyyətinə böyük maraq göstərən Azərbaycan gəncləri iştirak edib və böyük həvəs nümayiş etdirib.

İştirakçılar koreya əlifbası, Koreya mədəniyyəti, tarixi və Koreya mətbəxi kimi müxtəlif sahələr üzrə suallar vasitəsilə yarışmış, yekunda qalib gələn iştirakçı sentyabr ayında Koreyada keçiriləcək “Quiz on Korea” final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu çıxışı zamanı yarış iştirakçılarını həvəsləndirərək qeyd edib ki, bu tədbir Azərbaycanda koreya dili və Koreya mədəniyyətinə marağın daha da artmasına, həmçinin iki ölkə xalqları arasında dostluq və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcək.

Bununla yanaşı, tədbir çərçivəsində müxtəlif Koreya mədəniyyəti təcrübə proqramları və Koreyada təhsil imkanlarına dair təqdimatlar da təşkil olunub. Ziyarətçilər koreya əlifbası stikerlərinin hazırlanması, Koreyanın ənənəvi oyunu olan yutnori oyuni kimi fəaliyyətlər vasitəsilə Koreya mədəniyyətini birbaşa təcrübə etmək imkanı əldə ediblər. Həmçinin Koreya Dövlət Təqaüd proqramı daxil olmaqla Koreyada təhsil sistemi haqqında məlumat verilib, GKS Azərbaycan Məzunlar Assosiasiyasının sədri isə şəxsi təhsil və təcrübələrini iştirakçılarla bölüşüblər.

Eyni zamanda, Koreya Xarici İşlər Nazirliyinin ictimai diplomatiya platforması olan KOREAZ tərəfindən həyata keçirilən və “Gənclərin qurduğu gələcək” mövzusuna həsr olunan “YouthFULL Tomorrow” rəqəmsal qlobal kampaniyasının AR oyun challenge proqramı da iştirakçıların diqqətini cəlb edib.

Tədbirin mükafatı olaraq Koreyanın məşhur K-beauty mağazalar şəbəkəsi olan Olive Young-un “Ən yaxşı” məhsulları sırasına daxil edilən Koreya kosmetik məhsulları da təqdim olunub və bu, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Xüsusilə K-beauty məhsullarına yerli gənclər arasında yüksək maraq səbəbindən tədbir sonadək canlı və enerjili atmosferdə davam edib.

Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 19:11


























