mobil versiya

Azərbaycan dili imtahanında ikinci cəhd yenidən keçiriləcək



Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 25-dən 2 iyun saat 23:59-dək verilən link vasitəsilə https://eservices.dim.gov.az/erizebak/azdili2/ keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər isə bu link https://eservices.dim.gov.az/erizetex/erize2/ vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 21-də keçiriləcək.
Xatırladaq ki, 2026-cı il mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 3-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:17