20 yaşadək (U20) atletlər arasında Ərəb Çempionatı: Mərakeş 36 medalla turnir cədvəlinə başçılıq edir

Mərakeş, Tunisdə keçirilən 21-ci U20 Ərəb Atletika Çempionatını 9 qızıl, 16 gümüş və 11 bürünc olmaqla ümumilikdə 36 medal qazanaraq turnir cədvəlinin birinci pilləsində başa vurub.
Yarışın son günündə Mərakeş yığması 1500 metr məsafəyə qaçışda Məhəmməd Əl Musalit və 5000 metr məsafəyə qaçışda Bilal Reqqaqın sayəsində daha iki qızıl medal əldə edib.
Mərakeş komandası, həmçinin Adam Namar (400 metrə maneəli qaçış), İmad Buşajda (1500 metrə qaçış), Rida Uazzauit (5000 metrə qaçış), eləcə də qadınlar arasında 4x100 və 4x400 metrə estafet yarışlarındakı çıxışlar sayəsində beş gümüş medal qazanıb. Kişilər arasında 4x400 metrə estafet komandası isə Mərakeşin aktivinə bir bürünc medal yazdırıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:12


























