mobil versiya

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib





Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib



Milli Hidrometeorologiya Xidməti mayın 27-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Mingəçevir, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metr təşkil edəcək.


Reportyor.az 

KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 15:21