İbrahimoviç klub almağa hazırlaşır

Sabiq hücumçu İngiltərənin beşinci liqasında çıxış edən “Morkam” klubunu satın almağı planlaşdırır. Bildirilir ki, bu layihə məşhur britaniyalı boksçu Tayson Fyuri ilə ortaq şəkildə həyata keçirilə bilər.
“The Sun” xəbər verir ki, ideyanın əsas təşəbbüskarı məhz Fyuridir. O, azarkeşləri zaman-zaman tribunadan uzaqlaşdırılan komandanı həm mediada diqqət çəkən, həm də idman baxımından rəqabətədavamlı kluba çevirmək niyyətindədir.
“Morkam” ötən mövsümü Milli Liqada turnir cədvəlinin 22-ci pilləsində başa vurub. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:10


























