mobil versiya

Neymar: “İnsanlar həddini aşır”




“Santos”un hücumçusu Neymar azarkeşlərin və medianın onun hər addımını şərh etməsinə sərt reaksiya verib.

“Santos” Braziliya A Seriyasının 12-ci turunda öz meydanında “Fluminense”yə 2:3 hesabı ilə məğlub olub.

Komanda hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 34 yaşlı forvard qarşılaşmada sona qədər meydanda olsa da, nəticəyə təsir edə bilməyib.

Braziliyalı futbolçu oyundan sonra sosial şəbəkədə paylaşım edərək, emosional açıqlama verib. O, meydanı tərk edərkən qulaqlarını barmaqları ilə tutduğu anın videosunu paylaşaraq, bunları yazıb:
“Artıq hər hərəkətimə görə izah verməkdən yorulmuşam. Ciddi deyirəm, insanlar həddini aşır… Bu vəziyyət çox üzücüdür. Heç kim buna daimi olaraq dözə bilməz”.
Neymar karyerası ərzində həm “Barselona”, həm də PSJ-də çıxış edib və dünya futbolunun ən çox müzakirə olunan simalarından biridir. (Komanda.az)

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: 20-04-2026, 16:43