mobil versiya

PSJ-nin prezidentindən Fransadakı iğtişaşlar haqda açıqlama




PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın UEFA Çempionlar Liqasındakı qələbəsindən sonra ölkədə baş verən iğtişaşlara münasibət bildirib.

Luis Enrikenin rəhbərlik etdiyi komanda mayın 30-da finalda “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək, turnirin qalibi olub (əsas və əlavə vaxt 1:1). Qələbədən sonra Fransanın müxtəlif bölgələrində genişmiqyaslı iğtişaşlar baş verib. Hadisələr 71 kommunanı (kiçik inzibati ərazi vahidi) əhatə edib, 15 şəhərdə talan və oğurluq halları qeydə alınıb. Qarşıdurmalar nəticəsində 57 polis əməkdaşı və 219 nəfər yaralanıb, bir nəfər isə motosikletlə beton maneəyə çırpılaraq həyatını itirib. Daxili işlər naziri Loran Nunesin məlumatına görə, 780 nəfər saxlanılıb.

Xarici KİV xəbər verir ki, baş verən hadisələrə münasibət bildirən PSJ-nin prezidenti bununla qürur duymadıqlarını deyib:
“Biz buna qarşıyıq. Bununla qürur duymuruq. Parislilər belə davranmır. Mən PSJ azarkeşlərini tanıyıram – onlar belə etməzlər. Bu bizim şəhərimizdir, onu qorumalıyıq, dağıtmaq yox. Əminəm ki, bunlar PSJ azarkeşləri deyil. Biz bu vandallarla qürur duymuruq və buna son qoyulmalıdır”. (Komanda.az)

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:51