Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

Minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Slovakiyada keçirilən Avropa çempionatının ən yaxşı oyunçusu seçilib.
O, turnirin mükafatlandırma mərasimində təltif olunub.
Qeyd edək ki, Azərbaycan millisi yarışın qalibi olub. Komanda finalda Ukraynanı iki cavabsız qolla üstələyib.
Millimizin digər üzvü Mirmehdi Rzayev də final qarşılaşmasının ən yaxşı oyunçusu seçilib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:27


























