mobil versiya

Avropa çempionatı: Azərbaycan millisi bu gün final oyununa çıxacaq




Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün final oyununa çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma “Tipos Arena”da, saat 22:30-da start götürəcək.
Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib – 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.(Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:28