Azərbaycan millisi bu gün yoxlama matçında Malta ilə üz-üzə gələcək

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoxlama matçı keçirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta ilə qarşılaşacaq. Görüş Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda, saat 22:00-da start götürəcək. Matçı macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.
Milli komanda hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:08


























