mobil versiya

MY və PSJ portuqaliyalı futbolçu üçün mübarizə aparacaq





“Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandes Avropanın iki top-klubunun maraq dairəsinə düşüb.

21 yaşlı futbolçunu “Mançester Yunayted” və PSJ transfer etmək istəyir.

2025/26 mövsümünün sonunda Premyer Liqanı tərk edən London təmsilçisi isə oyunçusunu ucuz qiymətə buraxmaq niyyətində deyil. “Vest Hem” Fernandes üçün 80 milyon funt-sterlinq (92 milyon avrodan çox) tələb edəcək.
Hazırda “Mançester Yunayted” və PSJ portuqaliyalı yarımmüdafiəçinin transferində əsas namizədlər hesab olunur. Hətta “qırmızı şeytanlar”ın onun keçidi ilə bağlı ilkin danışıqlara başladığı bildirilir.
Fernandes başa çatan mövsümdə “Vest Hem”in heyətində İngiltərə çempionatında 36 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.(Komanda.az)


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:10