mobil versiya

Elmar Baxşıyev millinin məğlubiyyətindən danışıb





İyunun 1-dən Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Belə ki, milli komanda ayın 5-də Malta yığması ilə qüvvəsini sınadı. Bəzilərinin düşüncəsinə görə, əvvəlkilərdən daha məzmunlu çıxışı ilə yadda qalan Azərbaycan millisi bu oyunda 0:2 hesabı ilə məğlub oldu.

Oyunla bağlı “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev millinin yoxlama matçı ilə bağlı danışıb:
“Yoxlama oyunları daha çox futbolçuların əlaqələrinin yaxşılaşdırması baxımından komanda üçün faydalı olur. Məğlub olmuşuqsa, daha da artığını etmək məcburiyyətindəyik. Ümid edirəm ki, bu oyundakı həm müsbət, həm də mənfi cəhətlər məşqçilər heyətinə gələcək planlar üçün faydalı olar”.
Baxşıyev, “bu oyunla Millətlər Liqasında nəyə ümid etmək olar” sualını belə cavablandırdı:
“Daha da balanslı və güvənli oynasa, millimizin Millətlər Liqasında uğurlu nəticəsinə ümid edə bilərik”. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:46