mobil versiya

Bakı Qurultayının 100 illiyi: Ortaq dəyərlərin siyasi zəfəri - ŞƏRH




Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi xarakter daşıyan beynəlxalq tədbir deyil. Bu tədbir Avrasiya məkanında fəaliyyət göstərən türkdilli xalqların eyni milli-mənəvi dəyərlərə, mədəniyyətə, adət-ənənələrə malik olduğunu göstərir ki, məhz bu amillər də dövlətlərin siyasi əlaqələrinin qurulması və inkişafını şərtləndirir.

Bu sözləri  “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya, Azərbaycan və Türkiyə elə bir coğrafi məkanda yerləşir ki, bu məkanın bir tərəfi Avropada digər tərəfi isə Orta Asiyada qərarlaşıb.
“Bu vəziyyət türk dövlətlərinə Avropadan uzaq şərqə uzanan ticarət yollarını nəzarətdə saxlamağa, infrastruktur qurub nəqliyyat və tranzit sahəsini inkişaf etdirməyə imkan verir. Məsələyə bu kontekstdən yanaşsaq, Türk Dövlətlər Təşkilatına (TDT) üzv olan dövlətlərin Orta Dəhliz, Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyət daşıyan layihələrdə iştirakı da təsadüfi xarakter daşımır. Azərbaycan Prezidenti İlham Əliyevin Orta Dəhliz ideyasının həyata keçməsi üçün ölkədə geniş infrastruktur layihələrini reallaşdırması TDT-nin daha sıx əməkdaşlığına səbəb olub. İqtisadi əməkdaşlıq siyasi birliyin təməli hesab edilə bilər. Bu əlaqələr artıq siyasi birliyin əsasını yaradıb. Dəhlizlərə nəzarət iqtisadi dividendlə yanaşı, həm də siyasi zəmanət qazandıran faktdır. Çünki bu ərazi onların iqtisadi maraqları dairəsinə daxildir”, - deyə ekspert nəzərə çatdırıb. (Azərtac)

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:45