mobil versiya

21 iyun tarixində keçirilən imtahanların nəticələri açıqlanıb



Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyun 2026-cı il tarixində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanların (təkrar) nəticələri elan edilib.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.
Şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/ istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarda 320 nəfər iştirak edib.


Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:08